Millimiz təlim-məşq toplanışına Göygöldə start verib
13.01.2025 - 12:44

Azərbaycanın kişi boksçulardan ibarət millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Göygöldə başlayıb.
Yeni baş məşqçi toplanışa 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq prosesi yanvarın 25-də yekunlaşacaq.
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- Avropa çempionatı: 4 boksçumuz finalda
- Boksçumuz Portuqaliyada qızıl medal qazanıb
- 5 boksçumuz Avropa birinciliyinin yarımfinalında
0
0