Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.
Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda Lalə Mədətova (55 kq) qızıl medal qazanıb. Z-1 İdman Klubunun yetirməsi finalda Mehparə Məmmədovadan (MOİK) güclü olub – 5:0.
Cəmilə Sultanlı (Sumqayıt, 51 kq) da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı (DİN İC) 5:0 hesabı ilə məğlub edib.
Emili Rzayevanın ("Neftçi" İK, 60 kq) finalda rəqibi Səlbi Bayramova (Sumqayıt) olub. Hər 3 raundu xeyrinə bitirən Bakı idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq birinci olub.
Fatimə Mehdiyeva (Gəncə, 65 kq) isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. Leyli Bayramovaya (Quba) tam üstünlüklə qalib gələn Gəncə boksçusu ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kq, "Qızıl əlcək" İK) və Özləm Həsənova (65 kq, AHİTA) çempionatı bürünc medalla başa vurub.
- Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
- Boksçularımız Banqkokda Olimpiya Təsnifat Turnirində iştirak edəcəklər
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib