Böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
13.11.2025 - 14:33
Böyüklər arasında Bakı şəhər çempionatı start götürüb

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb. 

Apasport.az xəbər verir ki, 2 gün davam edəcək turnirə 29 klub və idman cəmiyyətindən 14 çəki dərəcəsində 161 cüdoçu qatılıb. İlk yarış günündə 6 çəkidə mükafatçılar müəyyənləşib. 

Turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

İlk günün medalçılarını təqdim edirik:

Kişilər

-60 kq

1. Bahadır Feyzullayev (Neftçi İK)

2. Murad Əliyev (Ordu İdman Klubu)

3. Məhərrəm Mirzəyev (Neftçi İK)

3. Nicat Məmmədli (Alov İK)

-66 kq

1. Zahir Ağazadə (Safarov Judo Academy)

2. Məhəmməd Əliyev (Azəri-Cüdo İKİB)

3. Kənan Məmmədov (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

3. Samir Piriyev (Azəri-Cüdo İKİB)

-73 kq

1. Elton İmranov (FHN İSK)

2. Musaxan Gülməmmədov (Judo Club 2012)

3. Samir Əzimli (Atilla İK)

3. Amin Cəfərzadə (ACF Bakı CTM)

Qadınlar 

-70 kq

1. Mələk Bayramlı (DİN İC)

2. Aynur Mirzağayeva (Neftçi İK)

-78 kq

1. Əsmər Əliyeva (Neftçi İK)

2. Jalə Məmmədova (Neftçi İK)

+78 kq

1. Zeynəbxanım Əsədova (AHİTA)