Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Sumqayıt Cüdo Təlim Mərkəzində region məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçirilir.
Apasport.az xəbər verir ki, proqramın əsas məqsədi məşqçilərin nəzəri və praktiki biliklərini yeniləmək, müasir məşq metodları, yarış qaydaları və idmançı hazırlığının müxtəlif istiqamətləri üzrə peşəkar bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlər çərçivəsində kumikata, osaekomi, şime-vaza, taçi-vazadan ne-vazaya keçidlər, tatami üzərində xüsusi fiziki hazırlıq və rəqibə qarşı taktikanın qurulması kimi texniki-praktiki mövzular əhatə olunur. Bununla yanaşı, məşqçilər yeni hakimlik qaydaları, "Judo Manager" sistemi və fiziki hazırlıq üzrə biliklərini də artırırlar.
Proqram yalnız tatami üzərində hazırlıqla məhdudlaşmır. İştirakçılar üçün yeniyetmələrlə düzgün psixoloji yanaşma, sosial şəbəkələrin idarə olunması və media ilə ünsiyyət mövzularında da təlimlər nəzərdə tutulub.
Altı günlük proqramın sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək, kursu uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunacaq
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
- Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib