Bu gün cüdo üzrə Azərbaycan çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq yarışın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qadınlar arasında -63 kq, -70 kq, -78 kq, +78 kq; kişilərdə isə -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Təsnifat görüşləri saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq.
Qeyd edək ki, ölkə çempionatı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Təmsilçilərimiz Krasnoyarskda keçirilən turnirdə 3 medal qazanıblar
- ACF-nin mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
- Sumqayıtda 125 yeniyetmə cüdoçu tatamiyə çıxıb
- Sumqayıtda cüdo üzrə region birincilikləri keçiriləcək