Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində qüvvəsini sınayır.
Kotsoyev yarışa 1/32 final mərhələsindən start verib. İlk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla üz-üzə gələn cüdoçumuz qələbə qazanaraq 1/16 finala vəsiqə əldə edib.
O, bu mərhələdə slovakiyalı Benyamin Mataseyeni də məğlub edərək adını 1/8 finala yazdırıb.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.