Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxıb.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz iki çəki dərəcəsində mübarizə aparırlar.
Qızların yarışında 63 kq çəki dərəcəsində Hanna Zaytseva 1/16 finalda gürcüstanlı Mariam Natelaurini məğlub edərək 1/8 finala yüksəlib.
Oğlanların yarışında 81 kq-da çıxış edən Cəsur İbadlı 1/32 finalda küveytli Anas Buqammazı, Mehdi Abbasov isə italiyalı Edoardo Mikele Russunu üstələyərək 1/16 finala vəsiqə qazanıb.
Mehdi Abbasov növbəti görüşündə doğma azarkeşləri önündə çıxış edən Özbəkistan təmsilçisinə də qalib gələrək 1/8 finala yüksəlib.
Qeyd edək ki, mundialın ilk yarış günündə Məhəmməd Musayev (66 kq) bürünc medal qazanıb.
- Federasiya rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşdü
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
- Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
- Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub