İslam Oyunları: Fidan Əlizadə Özbəkistan təmsilçisinə məğlub oldu
08.11.2025 - 20:45
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində döyüşən Fidan Əlizadə bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Təmsilçimiz Şukuryon Aminova (Özbəkistan) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
0
0