Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən böyüklər arasında dünya çempionatında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda kanadalı Castin Lemirlə üz-üzə gəlib.
Məmmədəliyev rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.
O, növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Etan Nairnlə qarşılaşıb. İdmançımız bu görüşdə də qalib gəlib və adını 1/4 finala yüksəlib. Cüdoçumuz bu mərhələdə fransalı Dayyan Bulemtapes ilə qarşılaşıb və məğlub olub.
Buna baxmayaraq, Məmmədəliyev bürünc medal uğrunda təsəlliverici görüşdə tatamiyə çıxacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdoçularının böyüklər arasında dünya çempionatlarında dördüncü, -60 kq çəki dərəcəsində isə ilk qızıl medalı olub.
- Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- DÇ: Cüdoçularımız 2-ci günü medalsız başa vurdu - YENİLƏNİB
- Daha bir cüdoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
- Nizami İmranov dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
- Dünya çempionatında II gün: 4 cüdoçumuz tatamiyə çıxacaq