Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə
20.09.2026 - 09:46
Arman Tsarukyandan növbəti nokaut – UFC-də 11-ci qələbə

Ermənistan və Rusiyanı təmsil edən Arman Tsarukyan UFC-də 11-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, yüngül çəki dərəcəsində reytinqin 2-ci pilləsində qərarlaşan 29 yaşlı döyüşçü UFC 331 turnirində braziliyalı Maurisio Ruffini məğlub edib.

Tsarukyan rəqibini ilk raundda nokautla üstələyib. Bununla da onun UFC-dəki qələbələrinin sayı 11-ə çatıb.

Qeyd edək ki, Tsarukyanın peşəkar MMA karyerasında 24 qələbə və 3 məğlubiyyəti var. Onun qələbələrinin 16-sı nokautla başa çatıb.