Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
05.11.2026 - 16:03
Portuqaliya millisi Kriştianu Ronaldu ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya millisinin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda 41 yaşlı futbolçuya təşəkkür olunub:
“Əbədi xatırlanacaq bir hekayə. Hər şey üçün təşəkkürlər, kapitan!”
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.
0
0