Azərbaycanın sambo əfsanəsi Əbülfəz Əliyevə həsr olunmuş tədbir keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə mərhumun xatirəsi anılıb.
Onun bayrağı 33 ildən sonra tələbəsinə təqdim olunub.
Əbülfəz Əliyev 28 fevral 1949-cu ildə Ağdam şəhərində anadan olub. O, Qarabağda sambo idman məktəbinin banisi hesab edilir. SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Əliyev məktəbli vaxtlarından idmanla məşğul olub.
O, həbsxanadan qaçmağa çalışan şəxsi sambo fəndləri ilə zərərsizləşdirmiş və SSRİ Ali Sovetinin fərmani ilə "Rəşadətə görə" medalı ilə təltif olunub. Əliyev hərbçilərin əlbəyaxa döyüş idman oyunları ilə bağlı keçirilən çempionatında 1-ci yer tutub, daha sonra Moskvadakı "Dinamo" idman cəmiyyətində məşqçi işləməyə başlayıb.
Daha sonra Azərbaycana qayıdan Əliyev fəaliyyətinə burda davam edib.
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
- Savat üzrə Avropa çempionatında iki medal
- Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb