Bəhram Rəcəbzadə nokautla qələbə qazanıb
06.04.2025 - 10:17
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin “Glory”də növbəti döyüşünə çıxıb.
Apasport.az xəbər verir ki, o, Glory99 gecəsində Brayan Doueslə qarşılaşıb.
33 yaşlı idmançıRotterdamda keçirilən yarışda yerli idmançını üstələməyi bacarıb.
Bəhram rəqibini birinci raundda nokaut edib. Bu qələbə azərbaycanlı kikboksçunun Glory100 gecəsinə vəsiqə qazanması ilə nəticələnib.
Qeyd edək ki, turnir iyunun 14-də Rotterdamda təşkil olunacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0