"Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm".
Apasport.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev mətbuat konfransında deyib.
Döyüşçü Bakıda çıxış edəcəyi üçün xoşbəxt olduğunu bildirib:
"Evdə mübarizə aparacağım üçün xoşbəxtəm. Öz ölkəmdə çıxış edəcəyəm. Azarkeşlərin bizə dəstək olması böyük motivasiyadır. Rəqibim şou göstərmək istəyirsə, mən ona yalnız təşəkkür edə bilərəm. Biz güləşməyə və hər şeyə hazırıq".
Qeyd edək ki, Rafael Fiziyevin çilili rəqibi İqnasio Bahamondes mətbuat konfransında Fiziyevdən daha yaxşı olduğunu söyləyib:
"Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub