Maks Hollouey UFC 329 turnirinin əsas döyüşündə Konor Makqreqora qalib gəlib.
Apasport.az xəbər verir ki, Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.
Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub