İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
16.08.2026 - 08:30
UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev titulunu ilk dəfə uğurla müdafiə edib.
Apasport.az xəbər verir ki, rusiyalı döyüşçü ABŞ-nin Filadelfiya şəhərində keçirilən UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İan Maçado Qarri ilə qarşılaşıb.
Beş raund davam edən görüş hakimlərin yekdil qərarına görə Maxaçevin qələbəsi ilə başa çatıb.
Bununla da Maxaçev yarımorta çəkidə kəmərini ilk dəfə qoruyub və UFC-də ardıcıl qələbələrinin sayını 17-yə çatdırıb.
Qeyd edək ki, Maxaçev yarımorta çəki kəmərini Cek Della Maddalenanı məğlub etdikdən sonra qazanmışdı.
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
- Savat üzrə Avropa çempionatında iki medal
- Vahab Fətullayev beynəlxalq turnirdə bürünc medal qazanıb
0
0