Maxaçev tam üstünlüklə çempion oldu
16.11.2025 - 11:32
Dağıstanlı döyüşçü İslam Maxaçev bu gün UFC 322 yarışında avstraliyalı Cek Della Maddalena ilə üz-üzə gəlib.
Apasport-un məlumatına görə, döyüş ABŞ-ın Nyu-York şəhərində baş tutub.
Maxaçev beş raund davam edən döyüşdə rəqibini tam üstünlüklə məğlub edərək ağır çəkinin yeni çempionu olub.
O, avstraliyalı rəqibini boğucu güləş üstünlüyü ilə tamamilə nəzarətdə saxlayaraq UFC-də ardıcıl 16-cı qələbəsini qazanıb və ikinci çempionluq kəmərini belinə taxıb.
Qeyd edək ki, Maxaçev bu qələbədən sonra UFC tarixində 2 fərqli çəkidə çempion olan 11-ci döyüşçü olub.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0