Milli Olimpiya Komitəsinin rəsmiləri WAKO ilə görüş keçirib - FOTO
04.03.2025 - 20:51
Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Azərbaycana səfər edib.
Apasport.az xəbər verir ki, bu gün Milli Olimpiya Komitəsində (MOK) onun rəhbərlik etdiyi heyətlə görüş keçirilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, eləcə də MOK-un beynəlxalq əlaqələr və idman idarələrinin müdirlərinin iştirak etdiyi iclasda bir çox məsələlər müzakirə olunub.
Görüşdə 2027-ci ildə Bakıda Avropa çempionatının keçirilməsi məsələsi gündəmdə olduğu bildirilib.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0