Millimiz ilk medalını qazandı
06.04.2025 - 15:56
Azərbaycan millisi Zlatoborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ilk medalını qazanıb.
Apasport.az xəbər verir ki, bu uğura qılıncoynadanımız Gəray Məmmədli imza atıb.
O, sablya növündə bürünc medala yiyələnib.
Məmmədli yarımfinalda iranlı Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0