"Mən yalnız zirvə üçün çalışıram".
"Apasport"un tədbirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıqov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı müsahibəsində deyib.
O, turnirlə bağlı fikirlərini bölüşüb:
"Keçmiş döyüşlər haqqında düşünmürəm. Dekabr ayında məğlub oldum. Lakin bunu unudub qarşıdakı döyüşlər barədə fikirləşirəm. Mateus Kamilodan hər cəhətdən üstünəm. Mənim təcrübəm daha çox olduğu üçün favoritəm. Özümü güclü hiss edirəm. Növbəti qələbə reytinqimə də təsirsiz ötüşməyəcək. Bakıda olan döyüşlərdə sürprizlər gözlənilir. Vətənimdə döyüşmək gözəl hissdir. Xalqımı doğma arenada sevindirmək möhtəşəm duyğudur.
Rəqibim fiziki cəhətdən güclüdür. Ayaq üstə döyüşməyi daha yaxşı bacarır. Amma məndən üstün cəhətlərinin olduğunu düşünmürəm".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub