New Generation Fighting təşkilatının döyüş gecəsi keçirilib
07.06.2024 - 19:21
Dünən, 6 iyun tarixində, Bakıda Zabit Səmədovə məxsus New Generation Fighting təşkilatının döyüş gecəsi keçirilib.
Apasport.az xəbər verir ki, yarış çərçivəsində MMA qaydaları üzrə 9 döyüş baş tutub. Daha bir döyüş kikboksinq qaydalarına uyğun təşkil olunub. Gecənin əsas döyüşü azərbaycanlı idmançı Məhəmmədəli Osmanlı və mərakeşli döyüşçü Ömər Aşur arasında baş tutub. Bu döyüşdə azərbaycanlı idmançı rəqibə texniki nokautla qalib gəlib.
Qeyd edək ki, bu New Generation Fighting təşkilatının sayca 4-cü turniridir.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
1
0