Prezidentin nəvəsi dünya çempionu olub
18.05.2025 - 15:57
İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva çempion olub.
Apasport.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüşü üzrə mübarizədə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində dövlət başçısının qızı Arzu Əliyeva da təmsil olunub.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
1
0