Məşhur idmançı Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olunub.
Apasport.az xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib.
Belə ki, federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi altında federasiyanın toplantısı keçirilib.
Toplantıda millinin sabiq baş məşqçisi və bundan öncəki iclasda icraçı direktor təyin edilmiş Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident təyin edilib.
Federasiyanın İdarə Heyətinin sədr müavini də olan Eduard Məmmədov Bakı və regionlarla iş üzrə vitse-prezident vəzifəsini icra edəcək.
Bunadək millidə məşqçi işləyən Telman Məhərrəmov isə böyüklərdən ibarət yığmaya baş məşqçi təyin olunub.
Federasiyanın prezidenti postu isə yenidən Orxan Əliyevə həvalə edilib.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub