Təmsilçimiz Dünya kubokunun qalibi olub
11.04.2025 - 17:53
Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Tailandda Dünya kubokunun qalibi olub.
Quliyev Banqkokda keçirilən yarışda K-1 qaydaları ilə 67 kq çəkidə mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Amin dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0