Mütləq Döyüş Çempionatı (UFC) Amerika Birləşmiş Ştatlarının 250 illiyi münasibətilə xüsusi döyüş gecəsi təşkil edəcək.
Apasport.az xəbər verir ki, "UFC Freedom 250" tədbirinin əsas döyüşləri İlia Topuria - Castin Qeyci və Aleks Pereyra - Siril Qeyn qarşıdurmaları olacaq.
İdmançılar bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampın qonağı olublar.
Görüş zamanı Topuria ilə Donald Tramp arasında maraqlı dialoq yaşanıb. Gürcüstan təmsilçisi prezidentə "Cənab Prezident, sizin bu qədər yaxşı, pozitiv insan olduǧunuzu bilmirdim. Dostunuz Castin Qeyciyə niyə belə aǧır döyüş vermisiniz?", - deyə sual ünvanlayıb.
Trampın cavabı belə olub: "Bəli, aǧır döyüşdür. Elə sənin üçün də. Bilirsən ki, Castin aǧır rəqibdir. Şanslarını nə cür qiymətləndirirsən?".
Topuria soyuqqanlılığını qoruyaraq, "təbii ki, Castin aǧır rəqibdir, amma qələbəyə tam əminəm. Yüz faiz hazıram. Əks halda burada olmazdım. Ümid edirəm ki, Castin də belə düşünür və sizə möhtəşəm döyüş göstərəcəyik".
Qeyd edək ki, "UFC Freedom 250" tədbiri iyun ayının 15-də baş tutacaq.
- UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
- Tahir Abdullayevin “UFC Fight Night Baku”da iştirakı rəsmən təsdiqlənib
- Lənkəranda Vinq Çun üzrə ölkə birinciliyi və çempionatı keçirilir
- Bakıda keçiriləcək UFC turnirinə 70-ə yaxın ölkədən azarkeşlər gələcək
- Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”