UFC döyüşçüsü İlia Topuriya Castin Qetji ilə revanş döyüşünə çıxmaq istəsə də, amerikalı idmançı bu variantı rədd edib.
Apasport.az xəbər verir ki, Qetji Topuriyanın ona qarşı ikinci döyüşə layiq olmadığını bildirib.
“İlia Topuriyanın revanşa haqqı çatmır. Cəhd edə bilər, amma buna layiq deyil. O, döyüşü özü küncdə dayandırdı, mən onu 3 round saxladım. Daha nə etməliyəm? Onun növbəti rəqibi mən ola bilmərəm. Pedi Pimblet və ya ona uyğun başqa biri ilə döyüşməlidir”, - deyə Qetji bildirib.
Qeyd edək ki, Qetji və Topuriya arasında Ağ evdə keçirilən son döyüşdə Castin Qetji texniki nokautla qalib gələrək çempion adına yiyələnib. Topuriya qarşılaşma zamanı döyüşü davam etdirə bilməyərək küncdə mübarizəni dayandırmışdı.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub