Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda əsas kartın döyüşləri keçirilir.
Növbəti görüş orta çəki dərəcəsində baş tutub.
Rusiya təmsilçisi İkram Aliskerov Braziliyadan olan Brunno Ferreyra ilə qarşılaşıb.
Hər üç raund dağıstanlı idmançının üstünlüyü ilə keçib. Zərbələrin və teykdaunların sayında böyük fərqə imza atan Aliskerov hakimlərin yekdil qərarı ilə qalib olub.
Bu qələbədən sonra onun reytinq döyüşlərinə çıxması gözlənilir.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub