UFC: Almabayevdən İNAMLI QALİBİYYƏT
27.06.2026 - 21:27
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın növbəti döyüşü baş tutub.
Super yüngül çəki dərəcəsində Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən olan Çarlz Consonla qarşılaşıb.
Görüşün ilk iki raundu Almabayevin üstünlüyü ilə keçib. O, döyüşün son raundunda rəqibi təslim olmağa məcbur edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0