"UFC Fight Night: Fiziev vs. Torres" tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi start götürüb.
"Apasport"un əməkdaşının məlumatına görə, mərasimdə 26 idmançının çəkisi ölçülüb.
Hazırda davam edən tədbirdə media önündə döyüşcülərin çəkilərinə baxılıb.
Milli Gimnastika Arenasında baş tutacaq döyüş gecəsində altısı əsas, 7 isə ilkin kartda olmaqla, ümumilikdə, 13 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü Azərbaycan təmsilçisi Rafael Fizievlə meksikalı Manuel Torres arasında baş tutacaq.
İkinci əsas döyüşdə Şara Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Yüngül çəkidə azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə braziliyalı Mateus Kamilo üz-üzə gələcək.
Okktaqona çıxacaq digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev Cefferson Naskimentoya, Fərman Həsənov isə Erik Nolana qarşı döyüşəcək.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub