Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.
Gecənin ikinci döyüşü ən yüngül çəki dərəcəsində baş tutub.
Qazaxıstan təmsilçisi Bekzat Almaxan braziliyalı Jan Matsumoto ilə qarşılaşıb.
İlk raundda zərbələrin sayı bərabər olub. Hər iki döyüşçü rəqibinə 20 zərbə endirib. Matsumoto bir dəfə teykdauna gedib.
İkinci hissə daha sərt start götürüb. Tərəflər ilk dəqiqələrdən açıq döyüşə üstünlük veriblər. Qazaxıstanlı idmançı 27, rəqibi isə 29 zərbə ilə yadda qalıb. Almaxan bir dəfə rəqibini nakdauna salmağı bacarıb. Lakin Matsumoto döyüşü davam etdirib.
Mübarizənin qalibi üçüncü raundda da bəlli olmayıb. Döyüşün üstün tərəfini hakimlər müəyyənləşdiriblər. Onların səsverməsinə əsasən, Matsumoto qələbə qazanıb.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub