Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, artıq ilkin karta yekun vurulub.
İlk mərhələnin son döyüşü yarımorta çəki dərəcəsində baş tutub.
Azərbaycan təmsilçisi Fərman Həsənov ABŞ-dən olan Erik Nolanla qarşılaşıb. İlk raund həmyerlimizin üstünlüyü ilə keçib. Həsənov hissəni tam dominasiya ilə bitirib.
Görüşün ikinci 5 dəqiqəsi Fərmanın çıxışı ilə yadda qalıb. Təmsilçimiz həm zərbə, həm də teykdaunların sayında rəqibini qabaqlayıb.
Azərbaycanlı döyüşçü son raundda da üstün tərəf olub. Döyüşün qalibi mübarizədən sonra müəyyənləşib. Fərman Həsənov hakimlərin yekdil qərarı ilə üstün tərəf seçilib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub