UFC: TÜRKİYƏLİ İDMANÇIDAN 8 SANİYƏYƏ NOKAUT
27.06.2026 - 19:20
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, hazırda ilkin kartın döyüşləri keçirilir.
Gecənin növbəti döyüşü yarım ağır çəki dərəcəsində baş tutub.
Türkiyə təmsilçisi Abdul Rəhman Yahyayev ABŞ-dən olan Culius Uolkerlə qarşılaşıb.
Yahyayev rəqibini 8 saniyəyə nokaut etməyi bacarıb. O, erkən qələbəyə sevinib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
0
0