Qılıncoynadanlarımız Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, 23 yaşadək sablyaçılardan ibarət Azərbaycan yığması komanda yarışında ikinci yer tutub.
Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət heyət ilk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edib. Sablyaçılarımız ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəliblər. Təmsilçilərimiz yerli komanda ilə həlledici görüşdə eyni uğuru təkrarlaya bilməyiblər. Bolqarıstan yığması 45:45 hesabı ilə güclü olub, millimiz "EFC FFE Circuit" turnirini gümüş medalla başa vurub.
- Asəf Çopurov UFC debütündə məğlub oldu
- Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO
- Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
- Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
- Qılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub