Azərbaycan badmintonçuları Venesuelada keçirilən "Future" seriyası üzrə beynəlxalq turnirdə iki gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, kişilər arasında fərdi kateqoriyada Ülvi Hüseynov Venesuela, Braziliya və Meksika təmsilçilərini məğlub edərək finala yüksəlib. O, yalnız İngiltərədən olan rəqibinə uduzaraq, turniri gümüş medalla başa vurub.
Qarışıq cütlər kateqoriyasında Ülvi Hüseynov - Leyla Camalzadə dueti Venesuela və Meksikadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Lakin həlledici görüşdə Azərbaycan idmançıları meksikalı cütlüyə uduzaraq 2-ci yerlə kifayətləniblər.
Qeyd edək ki, bundan əvvəl badmintonçularımız Venesuelada keçirilən daha bir açıq turnirdə üç qızıl medal qazanıblar.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu