Formula 1 yarışları 33 illik fasilədən sonra yenidən Afrika qitəsində keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytı məlumat yayıb.
Qurum Ruanda ilə 10 illik müqavilə imzalandığını açıqlayıb.
Razılaşmaya əsasən, Ruandanın Bugesera bölgəsində yeni yarış trası inşa ediləcək. İlk Qran-prinin 2030-cu illərin əvvəllərində keçirilməsi planlaşdırılır.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali razılaşmanı çempionatın tarixində əlamətdar hadisə kimi qiymətləndirib.
Qeyd edək ki, Afrika qitəsində sonuncu Formula 1 yarışı 1993-cü ildə Cənubi Afrika Respublikasının Kyalami trasında keçirilib.