Beynəlxalq Olimpiya Komitəsi (BOK) ukraynalı skeletonçu Vladislav Geraskeviçi Olimpiya Xartiyasına zidd olan dəbilqə geyindiyinə görə Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.
Apasport.az xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
"Ukraynalı Skeletonçu Vladislav Geraskeviç idmançının geyim görünüşü ilə bağlı BOK qaydalarına riayət etmədiyinə görə XXV Qış Olimpiadasından kənarlaşdırılıb. Qərar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) münsiflər heyəti tərəfindən quruma təqdim olunub.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna görə də idmançının akkreditasiyasını ləğv etmək qərarına gəlib. BOK ilə Geraskeviç arasında çoxsaylı fikir mübadiləsinə və şəxsi görüşlər keçirilib. BOK prezidenti Kirsti Koventri ilə görüşdə məsələ öz həllini tapmayıb", - deyə Təşkilatın açıqlamasında deyilir.
Qeyd edək ki, Geraskeviç Olimpiadada ilk çıxışı zamanı üzərində Ukrayna-Rusiya müharibəsi zamanı həytanını itirən idmançıların şəkili olan dəbilqədən istifadə edib.