Britaniyalı boksçu məğlub olduğu rəqiblərini aşağıladı
15.01.2023 - 17:54
Britaniyalı boksçu Derek Çisora ağır çəkidə şəksiz mütləq dünya çempionu titulu uğrunda ukraynalı Aleksandr Usik və britaniyalı Tayson Fyuri arasında mümkün döyüşdən danışıb.
Apasport.az xəbər verir ki, Çisora heç bir boksçu haqqında yüksək fikir bildirməyib: “Həm Usik, həm də Fyuri güclü yumruğa malik deyil. Beləliklə, maraqlı döyüş olacaq".
Qeyd edək ki, Derek Çisora iki dəfə Tayson Fyuri və bir dəfə Aleksandr Usik ilə döyüşüb. Hər üç döyüş Çisoranın məğlubiyyəti ilə başa çatıb.
Sözügedən çempionluq kəmərləri uğrunda mübarizə 2023-cü ilin birinci yarısında baş tutmalıdır.
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
0
0