Rusiyanın olimpiya çempionu Qalina Kukleva vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya Biatlon İttifaqının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1998-ci il Naqano Qış Olimpiya Oyunlarının qalibi iyulun 14-nə keçən gecə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qalina Kukleva 1972-ci il noyabrın 21-də Başqırdıstanın İşimbay şəhərində anadan olub. O, Naqano-1998 Qış Olimpiadasında 7,5 km sprint yarışında qızıl medal qazanaraq karyerasının ən böyük uğuruna imza atıb. Həmin yarışda rəqibini cəmi 0,7 saniyə qabaqlaması tarixə düşmüşdü.
Əməkdar idman ustası olan Kukleva karyerası ərzində “Şərəf” ordeni və “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilmişdi.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu