Corc Rassell Çin Qran-prisinin sprint yarışının qalibi oldu
14.03.2026 - 11:46
“Formula 1” üzrə Çin Qran-prisinin sprint yarışı başa çatıb.
Apasport.az xəbər verir ki, Şanxay trasında təşkil olunan qısa məsafəli yürüşdə “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell qalib gəlib.
“Ferrari”nin monakolu sürücüsü Şarl Lekler finiş xəttini ikinci keçib. Onun komanda yoldaşı, britaniyalı Lüis Hemilton isə yarışı üçüncü pillədə tamamlayıb.
Qeyd edək ki, Çin Qran-prisinin əsas yarışı martın 15-də keçiriləcək. Pilotlar həmin yürüşdə çempionat üçün növbəti xalları qazanmağa çalışacaqlar.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
0
0