Ferstappendən növbəti birincilik
20.10.2024 - 00:57
Formula-1 üzrə dünya çempionatında ABŞ Qran-prisinin sprint yarışı keçirilib.
Apasport.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen qələbə qazanıb.
Niderlandlı sürücü 19 dövrəlik yarışda finiş xəttinə birinci çatıb. O, Karlos Sayns ("Ferrari") və Lando Norrisi ("Maklaren") qabaqlayıb. Bu qələbədən sonra 339 xal toplayan Ferstappen ən yaxın izləyicisi Norrisi 54 xal qabaqlayır.
Qeyd edək ki, bu gün ABŞ Qran-prisinin əsas mərhələsi təşkil olunacaq.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
0
0