"Bəzi döngələrdə sürəti azaltmaq məcburiyyətində qalırsan. Bu, sürücüdə stressə səbəb olur".
Apasport.az xəbər verir ki, bu sözləri "Formula 1" Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan "Ferrari"nin pilotu Karlos Sayns mətbuat konfransında deyib.
"Bu gün Bakıda olduqca həyəcanlı və rəqabətli mübarizə keçdi. Burda çoxlu döngələr var. Amma mən rahat idim, həyəcanımı boğa bilmişdim. Belə çətin treklər özümü inkişaf etməyimə kömək olur. Nədənsə, Azərbaycan Himni mənə güc verir. Himnin sözlərini əzbər bilməsəm də, melodiyasını çox xoşlayıram. Bu musiqini eşidəndə tüklərim biz-biz olur".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu