Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal
10.10.2025 - 15:33
Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal

Bu gün Misirin paytaxtı Qahirədə Parapauerliftinq üzrə Dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki,19 yaşlı paralimpiyaçımız Rəsul Zəkiyev (88 kq) uğurlu nəticə ilə yadda qalıb.

O, üç hərəkətin cəmində 343 kq nəticə göstərərək bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan turnirdə 6 idmançı ilə təmsil olunur.