Paris-2024: Avstraliya liderdir
28.07.2024 - 12:15
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ilk gününü Avstraliya lider kimi başa vurub.
Apasport.az xəbər verir ki, avstraliyalı idmançılar ölkələrinə 3 qızıl, 2 gümüş medal qazandırmağı bacarıb.
Bu medallardan 2 qızıl və 2 gümüş üzgüçülükdə, 1 qızıl medal isə velosiped yarışlarında əldə edilib.
Sıralamada ikinci yerdə Çin, üçüncü yerdə isə ABŞ-dir. Hər iki komandanın aktivində 5 medal var.
Qeyd edək ki, ev sahibi Fransa ilk gündə 4 medal qazanıb. Fransızlar medal tablosunun 4-cü pilləsində qərarlaşıb.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
0
0