2024-cü il Paris Yay Olimpiya Oyunları davam edir.
"Apasport"un xəbərinə görə, yarışların sonuna yaxın ciddi sağlıq problemləri gündəmi zəbt edib.
Pandemiyadan sonra ilk Olimpiada hesab olunan Paris-2024-dən də koronavirus yan keçməyib.
Belə ki, Olimpiadada yarışan, müxtəlif ölkələri təmsil edən 40-dan çox idmançının COVID-19 testi müsbət çıxıb.
Təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarından və Pekində keçirilən 2022 Qış Olimpiya Oyunlarından fərqli olaraq, Parisdə COVID-19 virusu ilə bağlı heç bir ciddi məhdudiyyət olmayıb.
Parisin Olimpiya kəndində isə virusa yoluxanların sayı hər gün artmaqda davam edir.
Bəs, Azərbaycanı təmsil edən idmançılar arasında koronavirusa yoluxan varmı?
Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.
Milli Olimpiya Komitəsi apasport.az-ın sorğusuna cavab olaraq bildirib ki, Paris-2024-də iştirak edən idmançılarımız arasında koronavirusa yoluxan yoxdur və sağlamlıq durumları normaldır.
Gənclər və İdman Nazirliyindən də sorğumuza cavab olaraq, heyətimizdə heç bir yoluxma faktının aşkarlanmadığı, hər şeyin olimpiya proqramına uyğun olaraq davam etdiyi bildirilib.
Qeyd edək ki, Paris-2024-də koronavirusa yoluxan idmançılar barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Paris Yay Olimpiya oyunları avqustun 11-i başa çatacaq.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu