Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi bu gün 3 yarışda təmsil olunacaq.
Akademik avarçəkənimiz Diana Dımçenko qadınlar arasında fərdi yarışda 13-18-ci yerlər uğrunda mübarizəyə başlayacaq.
Qadınlar arasında üzgüçülük yarışında təmsilçimiz Məryəm Şeyxəlizadəxangah 50 m sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.
Basketbolun 3x3 növündə yarışan qadınlardan ibarət millimiz isə növbəti dəfə öz gücünü sınayacaq.
1 avqust
11:30. Akademik avarçəkmə
C finalı (13-18-ci yerlər uğrunda mübarizə)
Diana Dımçenko
13:00. Üzgüçülük (qadınlar, 50 m sərbəst)
Məryəm Şeyxəlizadəxangah
14:30. Basketbol 3x3, qadınlar
VII tur
Azərbaycan – Kanada
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu