
Yay fasiləsindən sonra “Formula-1” komandaları Niderlandın Zandfort avtodromunda yarışa çıxıblar.
Apasport.az xəbər verir ki, son dörd ilin çempionu Maks Ferstappenin vətəninə azarkeşlər axın etsə də, diqqət “McLaren” sürücüləri – Oskar Piastri və Lando Norris üzərində olub.
Cümə və şənbə məşqlərində “McLaren” sürücüləri sürətləri ilədiqqət çəkib.
Sıralanma turunda isə Lando səhvə yol verərəkpoulu əldən verib, Oskar Piastri isə tarixi bir nəticə ilə birinciyeri tutub. Red Bull sürücüləri Maks Ferstappen və Ayzek Həcərsırasıyla 3-cü və 4-cü olub.
Yarış startından maraqlı olub: Maks və Şarl Lekler mövqelərini dəyişsələr də, 8-ci dövrədə Lando vəziyyəti bərpa edib. Trasın çətin 3-cü döngəsində Şarl Lekler səhv edib və Təhlükəsizlik Maşını trasa çıxıb. Pit-stop dalğaları və təkər strategiyalarıliderlik uğrunda mübarizəni daha da gərginləşdirib. Kimi Antonelli cərimələr alıb, Lyuis Hemilton isə pitdən sonra təmas nəticəsində yarışı dayandırmalı olub.
Finişə 6 dövrə qalmış Lando Norrisin maşınında tüstü yaranıb və britaniyalı sürücü trasın kənarında dayandırmalı olub. Beləliklə, Oskar Piastri liderliyi qoruyaraq mövsümdə 7-ci, karyerasında isə 9-cu qələbəsini qazanıb və Böyük Dəbilqəyə sahib çıxıb. Maks Ferstappen ikinci, Ayzek Həcər isə ilk podiumunu qazanaraq F1 tarixində ən gənc 5-ci podium qazanan sürücü olub.
Corc Rasl podiumun bir addımlığında qalıb. Startda geridə olanAleks Elbon 5-ci, Oliver Börman 6-cı olub. “Aston Martin” sürücüləri Lens Stroll və Fernando Alonso 7-ci və 8-ci yerləritutublar. İlk onluğu Yuki Tsunoda və Esteban Okon tamamlayıb.
Çempionatda Oskar Piastri liderliyini möhkəmlədib: 309 xal ilə Lando Norrisi 34 xal qabaqlayır. Maks Ferstappen isə 205 xalla üçüncü yerdədir. “McLaren” mühəndisləri Kubok uğrunda əsas favorit kimi qalır.
Qeyd edək ki, növbəti yarış Monza avtodromunda keçiriləcək, Azərbaycan Qran-prisinə isə 20 gün qalıb.