Sona Ağayeva dünya çempionatının yarımfinalında
30.08.2026 - 16:33
Azərbaycan bocciaçısı Sona Ağayeva dünya çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında BC2 kateqoriyasında mübarizə aparan idmançımız 1/4 finalda dünya reytinqinin 8-cisi, çexiyalı Jirina Kreibichovanı məğlub edib.
Sona Ağayevanın yarımfinaldakı rəqibi dünya reytinqində 4-cü pillədə qərarlaşan, son Paralimpiya çempionu portuqaliyalı Kristina Qonsalves olacaq.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
0
0