Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində növbəti uğuruna imza atıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində çıxış edib.
İki gün davam edən yarışın ilk mərhələsində bütün rəqiblərini geridə qoyaraq qalib gələn Sidorenko ikinci mərhələni isə üçüncü pillədə başa vurub. Bu nəticə ona ümumi təsnifatda birinci yeri tutmağa imkan verib.
Qeyd edək ki, Viktoriya Sidorenko hazırda Çin komandasının heyətində bu il oktyabrın 2-7-də Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlığını davam etdirir.
- "Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu