İtaliyada təşkil olunan Milan–Kortina 2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı baş tutub.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasim zamanı dövlət bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.
Tamaşaçılar önündən Olimpiya Oyunlarının vətəni olan Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
- İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"