3 gimnastımız finalda
21.04.2024 - 17:10
Azərbaycan bədii gimnastları Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup”da finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, yığmanın 3 üzvü beynəlxalq yarışda həlledici mərhələdə yarışacaqlar.
Sofiya Məmmədova top və halqada, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlər çıxışda medal qazanmağa çalışacaq.
Qeyd edək ki, “Bosphorus Cup”a bu gün yekun vurulacaq.
- Azərbaycan gimnastları IV Avropa Oyunlarına lisenziya qazanıblar
- Bakıda gimnastika üzrə qaliblər bəlli olub
- Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
- Bədii gimnastika üzrə ölkə çempionatına yekun vurulub - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
0
0